O, bu sərgini döş xərçəngindən əziyyət çəkən qadınlara dəstək olmaq məqsədilə həyata keçirdiyini bildirib.
İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Berguzar Korel döş xərçəngi ilə mübarizə aparan və xilas olan qadınların şəklini çəkib. O, sərgiyə bu adamları cəlb etməklə döş xərçənginin əslində sağalan xəstəlik olduğunu təbliğ etməyə çalışdığını qeyd edib.