Sumqayıtda 27 yaşlı oğlanın qatili tutulubbackend

Sumqayıtda 27 yaşlı oğlanın qatili tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, Sumqayıt şəhəri 13-cü mikrorayon ev 6-nın qarşısında Namiq Məmmədovu bıçaqlayaraq öldürən şəxsin Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Babək Atamalıyev olduğu müəyyən edilib. O, saxlanılıb.

Qeyd edək ki, hadisə martın 22-də baş verib. 1989-cu il təvəllüdlü Namiq Məmmədovun meyiti onun doğum günündə evinin qarşısında aşkar edilib. (apa)

İnterpress.az