Bu şəxs Belçikada jurnalist kimi fəaliyyət göstərən Fayçal Çeffoudur.
İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu Brüseldə hava limanındabaş verən terrordan öncə kameralara düşən 2 kamikadzedən biridir.
Amma iddia olayı araşdıranlar tərəfindən təsdiqini tapmayıb.
İngiltərənin \”Daily Mail\” qəzetində yer alan xəbərə görə, Çeffou qəzetçiliklə məşğul olan bir Belçika vətəndaşıdır. O, partladılan Maelbeek metrosundan 500 metr aralıda, kiçik bir evdə yaşayır.
Fedaral araşdırma bürosunun rəsmisi isə İŞİD ilə bağlantısı olan Fayçal Çeffou adlı bir nəfərin artıq həbs edildiyini bildirib.
İddialara görə Çeffounun bacısı 2014-cü ildə qardaşının Suriyaya qaçmağı planlaşdırması haqqında polisə məlumat verib.
İnterpress.az