Bakıda məcburi köçkün qadın intihar edibbackend

Bakıda məcburi köçkün qadın intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Novxanı qəsəbəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı “Günəş” düşərgəsində qeydə alınıb. Orada məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, 1986-cı il təvəllüdlü Təranə Süleymanova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.(apa)

İnterpress.az