İntiqam Əliyev azadlığa buraxıldı – 5 il şərti cəza + Yenilənibbackend

İntiqam Əliyev azadlığa buraxıldı – 5 il şərti cəza + Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Proses bu dəqiqələrdə başlayıb. Məhkəmə qapalı keçirilir və İntiqam Əliyev iclasa gətirilməyib.

Məhkəmədə Zakir Qaralovun protestini onun müavini Namiq Əsgərov müdafiə edir.

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilib. İntiqam Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

***

Prezidentin imzaladığı son əfv sərəncamı ilə azadlığa çıxan Tofiq Yaqublu və Anar Məmmədli də İntiqam Əliyevə dəstək üçün məhkəmənin qarşısına gəliblər.

Vəkil Cavad Cavadov

Ali Məhkəmənin qərarı ilə İntiqam Əliyev 5 il müddətinə şərti cəza ilə azadlığa buraxılıb. Vəkil Cavad Cavadov jurnalistlərə açıqlamasında İntiqam Əliyevin yaxın saatlarda təcridxanadan azad olunacağını bildirib.(qafqazinfo)

İntiqam Əliyev azadlığa buraxıldı - 5 il şərti cəza + Yenilənib

İntiqam Əliyev azadlığa buraxıldı - 5 il şərti cəza + Yenilənib

İntiqam Əliyev azadlığa buraxıldı - 5 il şərti cəza + Yenilənib

İnterpress.az