Bakı hava limanında aləm qarışdı – Cahangir Əsgərov saatı səhv salıbbackend

Bakı hava limanında aləm qarışdı – Cahangir Əsgərov saatı səhv salıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 28-də səhər tezdən “AZAL” avioşirkətinə aid bütün təyyarələr uçuşlarını köhnə qrafikə uyğun reallaşdırıblar. Saat 07:45-də Bakı-İstanbul reysi ilə ucacaq insanlar hava limanına vaxtında gəlsələr də, onlara təyyarənin artıq havada olduğu bildirilib.

İnsanların kütləvi etirazları əvvəlcə heç nəyi dəyişməsə də, sonradan emosiaların qızışması növbə rəislərinin işə qarışması ilə nəticələnib.

“Bizim yol” xəbər verir ki, sərnişinlərlə “AZAL” rəsmiləri arasında gərginlik yaranıb. Məsələn, Emin Abdullayev adlı sərnişinə iki ay sonraya bilet əvəzləməsi təklif edilib. Amma o, buna razılaşmayıb.

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə və KİV-də müğənni Lələ Məmmədovanın “AZAL” prezidenti Cahangir Əsgərova rəsmi məktubu müzakirə mövzusu idi. Müğənni “AZAL”-ın əməkdaşlarının az qala tualet kağızlarına da qənaət elədiyinə narazılığını bildirirdi. Ona qədərsə “AZAL”-ın vətəndaşlara təklif etdiyi yeməklərin keyfiyyətsizliyi müzakirə mövzusu idi.(bastainfo)

İnterpress.az