Smolensk ətrafında dəfn olunmuş azərbaycanlının qohumları tapıldıbackend

Smolensk ətrafında dəfn olunmuş azərbaycanlının qohumları tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva vilayəti üzrə regional şöbəsinin icraçı direktoru Şamil Tağıyev məlumat verib. O qeyd edib ki, Qusar rayonundan hərbi xidmətə çağrılmış 1913-cü il təvəllüdlü Abiyev Həbibi Qadjamoviçin qohumları onun nəşini Azərbaycana gətirmək istəyirlər.

“Hələlik bu məsələ ilə öz təşəbbüsümlə məşğulam. Bu il mənə arxivdən sənədlər təqdim etdilər, mən isə səhifəmdə paylaşdım”.

Ş.Tağıyev qeyd edib ki, öncə açılan arxiv sənədləri üzrə qazıntı işlərinə başlanılacaq.

“Hələ ki sənədlər əldə olunub, onların hamısı gizli sənədlər idi. Bu ildən arxivi açıblar, indi həmin sənədlərin əsasında aprelin 22-dən mayın 12-ə kimi qazıntı işləri aparılacaq. Axtarışlara da elə aprelin 22-dən başlanılacaq.

İkinci Dünya Müharibəsi zamanı Smolensk ətrafında döyüşlərdə həlak olan və yenicə aşkarlanmış kütləvi qəbiristanlıqda basdırılmış bəzi azərbaycanlıların siyahısı:

Sultanov Ağasuvar Xankişi oğlu, 1911, Əli Bayramlı şəhəri
İsayev Əşir Kərim oğlu, 1913, Nuxa (Şəki)
Əliyev Şükür, 1909, Əli Bayramlı
Səfərov Məhəmməd Əli oğlu, 1908, Tərtər
Süleymanov Əhməd, 1907
Astanov Səməd, 1917, Tovuz rayonu
Mayılov Qurbani Xudaş oğlu 1915, Yardımlı
Mitayev Orucəli Orucəli oğlu 1907, Əli Bayramlı
Məmmədov Süleyman Müslüm oğlu, 1908, Tovuz
Abiyev Həbibi Qadjamoviç, 1913, Qusar
Səfərov Əliqulu ,1909, Əli Bayramlı
İzbəyov İbad, 1920
Mustafayev Əli, 1914, Salyan rayonu
Cabbarov Salah Abdul oğlu, 1920, Zəngilan rayonu
Quliyev Ələkbər, 1905, Ağdam rayonu
Bəşirov Asən, 1909, Əli Bayramlı
Qədimov Qalib, Musa oğlu, 1915, Nuxa (Şəki)
Ağəmmədov Həsən Haqverdi oğlu, 1916, Qax
Quliyev Süleyman Məzi oğlu, 1902
Quliyev Sərhəd, Əli Bayramlı
Vəliyev Mehralı Ağabala oğlu, 1905, Nuxa (Şəki). (Modern)

İnterpress.az