İskəndəriyyədən paytaxt Qahirəyə uçan Misir Hava Yollarına aid sərnişin təyyarəsi qaçrılıb.
İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qaçırılan təyyarənin pilotu üzərində bomba olan bir sərnişinin əmrlərinə tabe olub.
Təyyarədə bomba olduğunu deyən oğrular polisə yaxınlaşmamaq əmri verib.
81 sərnişinin olduğu A-320 sərnişin təyyarəsi haqqında verilən ən son xəbərdə isə Kiprin Larnaka aeroportunda eniş etdiyi bildirilib.
Verilən son xəbərdə isə təyyarədəki bütün sərnişinlərin azad edildiyi, yalnız göyərtəsində ekipaj üzvləri və daha 5 nəfərin qaldığı deyilir. Misir mətbuatə isə təyyarəni qaçıranın terrorçu deyil, sadəcə sevdiyi qadınla əlaqə yaratmağa çalışan biri olduğunu iddia edir.
İnterpress.az