Misir təyyarəsini qaçıran İbrahim Samah Kiprdə siyasi sığınacaq istəyib. Onun digər tələbləri barədə hələ məlumat yoxdur.
А-320 təyyarəsini qaçıran İbrahim Samahla danışıqlar nəticəsində 5 xarici vətəndaş və ekipaj üzvləri istisna olmaqla qalan bütün sərnişinlər azad edilib.
Qeyd edək ki, təyyarəni qaçıran misirli İbrahim Samaha ABŞ-dakı Atlanta Universitetinin professoru imiş.
Bu barədə “Əl-Əhram” qəzetinə Misirin güc strukturlarında bildiriblər.
İnterpress.az