Bu şəxslər məcburi psixatriya xəstəxanasına yerləşdiriləcəkbackend

Bu şəxslər məcburi psixatriya xəstəxanasına yerləşdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az-ın məlumatına görə bununla bağlı \”Əhalinin sağlamlığının qorunması haqqında” qanuna narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərlə bağlı dəyişiklik edilməsi təklif edilib.

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyilib ki, qanunun hazırkı variantında cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində məcburi tibbi tədbirlər tətbiq edilir.

Belə şəxslərin Mülki Prosessual Məcəlləsinə uyğun olaraq, psixatriya xəstəxanasına qeyri-könüllü yerləşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.