Sabah Prezident Administrasiyasına yürüş ediləcəkbackend

Sabah Prezident Administrasiyasına yürüş ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 30-u, saat 11-də keçirilməsi nəzərdə tutulan aksiyada Bakı sakinləri hüquq-mühafizə orqanlarının apardığı istintaqdan narazılığını ifadə edəcəklərini bildiriblər.
Qeyd edək ki, “Dağlar” MTK tərəfindən tikilən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 63 saylı 15 mərtəbəli binada mənzil fırıldağı ilə üzləşmiş zərərçəkənlər daha öncə də Prezident Administrasiyasına gedərək, şikayətlərini bifadə etmişdilər.
“Dağlar” MTK rəhbərliyinin bilavasitə iştirakı ilə bir mənzilin 5-6 nəfərə satılması prosesi 2013-2014-cü illərdə həyata keçirilib. Vətəndaşların 2 milyon dollardan çox pulu dələduzluq yolu ilə mənimsənilib. Vətəndaşların “Dağlar” MTK ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayətlər isə demək olar nəticəsiz qalıb. Belə ki, istintaq orqanları, konkret Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq yalnız MTK-nın icraçı direktoru Şahin Əliyevi məhkəmə qarşına çıxarıb. Halbuki zərərçəkənlər bütün şikayətlərində təkcə Şahin Əliyev tərəfindən deyil, “Dağlar MTK”-nın faktiki sahibi Çingiz Rzayevin, Elsevər və binanın komendantı Əjdər adlı şəxsin də Şahin Əliyevlə birgə onları aldatdığını bildirir.(aztoday)

Interpress.az