Rayonun Livədirgə kənd sakini, 1998-ci il təvəllüdlü Elvin İzzət oğlu Zahidov sağ çiyin qurşağının dəlib keçən güllə yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində əməliyyat aparılaraq yarası təmizlənib.
Hazırda Lənkəran RXM-in Travmatologiya şöbəsinə keçirilən yaralının vəziyyəti normal qiymətləndirilir. E.Zahidov əlindəki ov silahı ilə ehtiyatsız davranışı səbəbindən güllə yarası aldığını açıqlayıb.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır. ( report.az )
İnterpress.az