Ölkənin başqa yerlərində yağış aylıq normanın filan misli qədər düşəndə təbii fəlakətə səbəb olursa, Bakıda günlük normanı aşan kimi fəlakət olur.
Dünənki sağanaq yağışın nə kimi problemlər yaratdlığını mediadan bilirsiniz. Bugünkü çiskin yağış isə xoşbəxtlikdən problem yaratmayıb: yollarda keçilməz gölməçələr əmələ gəlməyib, əydəmli səkilərdə dağ çayına bənzər su şırnağı yoxdur.
Aşağıda görəcəyiniz şəkillər Bakının bugünkü halını əks etdirir. Asfalt üzrəində gördüyünüz yeşiklər isə dünənki seldən adlamaq üçün nəzərdə tutulmuş körpüdür. İstəsəniz yol ötürücüsü də deyə bilərsiniz. Çünki adamlar dünən o yekimklərin üstü ilə addımlayaraq yoldan ötürdülər.
Bircə şeyə şükür edək ki, 11 iqlim qurşağının heç hamısı ölkəmizdə deyil. Bir-ikisindən azadıq. Bir də musson yağışlarını təmin edən iqlim qurşağı buralarda olsaydı.
İnterpress.az