İnterpress.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar mövsümə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbər şəxsləri (məşqçilər, klub nümayəndələri və s.) ilə görüşlər keçiriləcək.
FİFA Connect layihəsinin ilkin təqdimatı, dəyişən qeydiyyat qaydaları haqda məlumatın verilməsi, sənədlərin qeydiyyata daxil edilmə yerlərinin və tarixlərinin elan edilməsi məqsədilə bu gün AFFA-nın inzibati binasında ilk görüş təşkil olunub. Növbətin görüşün iyunda keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2009-cu ilin yanvarndan AFFA futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemini yaradıb.(Report)
İnterpress.az