“İnterpol”un 13 il axtardığı azərbaycanlı Rusiyada tutuldubackend

“İnterpol”un 13 il axtardığı azərbaycanlı Rusiyada tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Akif Mövludə oğlu Əmiraslanov Rusiyanın Volqoqrad şəhərində saxlanılıb.

A.Əmiraslanov bu ay Azərbaycana ekstradisiya olunub və 1 saylı İstintaq Təcridxanasına yerləşdirilib.

Əslən Dəvəçi (indiki Şabran) rayonundan olan A.Əmiraslanov 2003-cü ilin may ayından Suraxanı Rayon Polis İdarəsinin 33-cü bölməsi tərəfindən axtarışda olub. Daha sonra “İnterpol” xətti ilə axtarışa verilən A.Əmiraslanov Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunur. ( report.az )

İnterpress.az