AzNews.az-ın məlumatına görə, Almaniyanin Düseldorf şəhəri yaxınlığında yaşayan, 16.06.1969-cu ildə Ermənistanda doğulmuş İsmayılov Muradbəy Məmməd oğlunun yaşadığı mənzildən meyiti tapılıb. Meyitin çənə ve boğaz nahiyyəsində zorakılıq əlamətləri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Məlumata gorə mərhum 3 ildir ki Almaniyada yaşayırmış. Ermənistandan köçkün düşəndən sonra Mingəçevirdə yaşadığı bildirilir.
İnterpress.az