Şəmkir sakini 22 yaşlı Elfaq Əliyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Atatürk prospekti ilə hərəkətdə olarkən Xətai prospektində hərəkət edən Gəncə sakini 57 yaşlı Maarif İsmayılovun sükanı arxasında olduğu VAZ 2106 markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəzadan sonra hər iki avtomobil yararsız hala düşsə də xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisəyə səbəb sürücülərdən birinin işıqforun dayan işarisə məhəl qoymaması olub. Qəzanın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq. ( kepeztv.az )
İnterpress.az