Tanınmış vəkilin fəaliyyəti kollegiyanın Rəyasət Heyətində müzakirə olunacaq. O, bu barədə sosial şəbəkədə yazıb.
“31 mart – 1 aprel 1993-cü il tarixi mənim həyatımın ən pis günləri idi. Silah haqqında təsəvvürü olmayan 18 yaslı gənc Kəlbəcər uğrunda döyüşə getmişdi. 23 ildə hər gün özumün sağ qaldığıma nifrət etmişəm. Niyə yaşayıram Kəlbəcərsiz?
2016-ci il, aprelin 1-i, saat 16-da mənim vəkilik fəaliyyətim Vəkillər Kollegiyasının Rəyasət Heyətində müzakirə olunacaq. Xitam verin, problem deyil. Onsuz da sağ qaldıgıma 23 ildir peşimanam. Allah bizi sərəfsiz heyatdan uzaq etsin!”, – deyə vəkil öz qeydində bildirib.
Qeyd edək ki, Bəhruz Bayramov keçmiş deputat Eldar Sabiroğlunun müxalifətçi oğlu Rüfət Səfərovun vəkilidir.
İnterpress.az