Komitə sədri məktəb direktorlarını “VURDU”: “Qorxurlar”backend

Komitə sədri məktəb direktorlarını “VURDU”: “Qorxurlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli deyib. Deputat “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, şagirdlər üçün gəzinti, ekskursiya turlarının adı gələndə direktorlar qorxularından geri çəkilir:
“Bu gün məktəb turlarında məktəbin adı çəkiləndə direktor da, müavinləri də qorxudan kənara çəkilirlər ki, bizi bu işə qoşmayın, şərə salmayın.

Tətillər zamanı orta məktəb şagirdlərinin bölgələrdəki daxili turizmə, məktəb turlarına cəlb edilməsi pis olar? Bu gün hansı turizm və tur şirkətlərinin rəhbərləri məktəb direktorlarına yaxınlaşıb paketlər təklif edirsə, direktorlar qorxularından əməkdaşlıq etmirlər. Qorxurlar ki, adları hansısa rüşvət qalmaqalında səslənər”.

Deputat qeyd edib ki, məsələ ilə bağlı təhsil nazirinə müraciət ünvanlanmalıdır:

“Bu problem çox ciddi problemdir. Çünki valideynlər var ki, pulları olur amma bilmir ki, uşaqlarını istirahətə necə və hara göndərsin. Məktəb direktorlarına şərait yaradılmalıdır. Bu cür turizm dərnəkləri formalaşsa, qiymətlər də aşağı ola bilər”. (modern.az)


İnterpress.az