Bakıda bələdiyyə sədri istefa verdibackend

Bakıda bələdiyyə sədri istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin iclasda keçmiş sədrin bələdiyyə üzvlüyünə xitam verilməsiylə bağlı da Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi qərara alınıb. İstefaya səbəb kimi Teymur Məmmədovun səhhətinin qənaətbəxş vəziyyətdə olmaması göstərilir.

Hazırda sədrin səlahiyyətləri sədr müavini Əliyar Əliyevə həvalə edilib.

Yayılan digər məlumata görə isə, sədrin istefası hec də T.Məmmədovun səhhətiylə bağlı deyil. Belə ki, onunla eyni gündə rayon memarı Xətai Rayon İcra Hakimiyyəti başçısının sərəncamıyla tutduğu vəzifədən azad edilib. Hər iki məsul vəzifəli şəxsin eyni gündə vəzifəsini itirməsi rayon ərazisində qanunsuz torpaq satışıyla bağlı olduğu deyilir.

Xatırladaq ki, Teymur Məmmədov 2014-cu ilin dekabrında bələdiyyə üzvü, 2015-cu ilin yanvar ayından isə bələdiyyə sədri vəzifəsinə seçilmişdi.(modern.az)

İnterpress.az