“Qanun”un kitablarını oğurladılar – 6 minlik mənimsəməbackend

“Qanun”un kitablarını oğurladılar – 6 minlik mənimsəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun sözlərinə görə, polisə müraciət etmələrinin səbəbi əməkdaşlıq etdikləri Seymur Həsənov adlı bir şəxsin nəşriyyata külli miqdarda ziyan vurmasıdır: “Bir müddət əvvəl Seymur adlı şəxs mənə yaxınlaşdı və kitab satışı, marketlərə paylanması ilə bağlı təcrübəsinin olduğunu dedi. Əməkdaşlıq etmək istədiyini bildirdi. Mən də onu satış departamentinə yönəltdim. Dedim yoxlasınlar. Onlar da sınaqdan keçiriblər və bir müddət yaxşı əməkdaşlıq ediblər. Lakin sonradan 1 il müddətində S.Həsənov kitab satışından və marketlərdən əldə etdiyi gəlirləri nəşriyyatın kassasına mədaxil etməyib. Nəşriyyatın satış departamenti öncə həmin şəxsin özü ilə danışıqlar apardı. O özü də etiraf edib ki, pulu kassaya ödəməyib. Kitabları aparıb başqa yerə ucuz və endirimli qiymətə satıb. Lakin mənimsədiyi pulları ödəmək istəmədiyi halda məcbur olub polisə müraciət etdik. Hələki təhqiqat gedir”.

Nəşriyyat rəhbəri əməkdaşlıq etdikləri şəxsin mənimsədiyi pulun məbləğini də açıqlayıb: “6000-ə yaxın pul mənimsəyib”.( AzNews.az)

İnterpress.az