Prosesə hakim Azər Orucov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən, İ.Dadaşov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin avqust ayında Əmircan qəsəbəsində baş verib. Ağır dərəcəli bədən xəsarətləri almış qardaşlar – Elşən və Elcan İsrafilovlar Sabunçu qəsəbəsindəki 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılıb. Qardaşlara tibbi yardım göstərilsə də, Elşən İsrafilovun həyatını xilas etmək mümkün olmayıb. Cinayəti törədən İbrahim Dadaşov Suraxanı Rayon Polis İdarəsinə gələrək təslim olub.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.(Virtualaz.org)
İnterpress.az