“Dövlət Himnini qətiyyən aşağılamaq, gözdən salmaq olmaz…” -Fazil Mustafadan çağırışbackend

“Dövlət Himnini qətiyyən aşağılamaq, gözdən salmaq olmaz…” -Fazil Mustafadan çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ancaq onu təhlil etmək, başqa himnlərlə müqayisə etmək olar. Bunu dəfələrlə yazdığıma görə bildirirəm ki, bu himnin həm musiqisində, həm ifa vaxtında, həm də sözlərində müəyyən nöqsanlar var. Bu da ifa zamanı müəyyən çətinliklər yaradır. Xüsusilə sonluğunda dörd dəfə Azərbaycan sözünün səslənişində bu ahəngi qorumaq asan olmur. Himni musiqisiz oxuyarkən kollektiv ahəngi qorumaq xeyli çətin olur. Vaxt baxımından da ən azı bir dəqiqə artıq səslənir.

Sözlərində də lüzumsuz təkrarlar var. Minor və ya major olması elə də əhəmiyyət daşımır, ideyası və peşəkar mətn və musiqinin vaxt standartına uyğunlaşdırılması zəruridir. Subyektiv mövqeyim budur ki, Güney Azərbaycan muxtariyyətinin (1945-1946) himni digər himnlərimizdən daha cəlbedicidir. Bununla belə indiki durumda himn məsələsinin gündəmə gətirilməsi aktual deyil. Qəbul olunduğu kimi də insanlar tərəfindən mənimsənilibsə, bu mövzuda geniş polemika açmağa zərurət görmürəm.\”

Fazil Mustafa, millət vəkili

İnterpress.az