“Vəhhabilər deyirdilər ki, bircə fətva gəlsin, universitetləri, kinoteatrları dağıdacağıq”backend

“Vəhhabilər deyirdilər ki, bircə fətva gəlsin, universitetləri, kinoteatrları dağıdacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mart ayının 19-da prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmış Tofiq Yaqublu 13 saylı cəzaçəkmə müəssəsində radikal dini baxışları ilə seçilən şəxslər barəsində \”Yeni Müsavat\”-a danışıb. Müsahibəsində keçmiş vicdan məhbusu qeyd edib ki, həbsxanada olan vəhhabilər real təhlükə mənbəyidir və azadlığa çıxacağları təqdirdə dinc insanlara qarşı terror aktları törədəcəklər: \”Amma ordakı təhlükə nədən ibarət idi, bilirsizmi? O vəhabilər birmənalı şəkildə deyirdilər ki, çıxacağıq və bircə fətva gəlsin, universitetləri, kinoteatrları dağıdacağıq. Mən ora təzəcə getmişdim. Orda şiə və vəhabilər arasında ciddi toqquşma oldu. Qoşun yeritdilər, yoxsa qırırdılar bir-birini\” \”Dustaqlar arasında İŞİD-ə simpatiyanı mən ilk dəfə Şəkidə müşahidə etdim. Təsəvvür edin, efirdə baş kəsmə səhnəsini göstərirlər, dustaqlar “Allahu əkbər” deyə qışqırır. İnanın, gəlirlər televizorlara baxırlar. İŞİD-lə bağlı nəsə hərəkətli bir xəbər olanda qürur duyurlar, bir-birini təbrik edirlər. Yox, əgər İŞİD-lə bağlı hansısa əməliyyat gedibsə, qüvvələri zəifləyibsə, bunlar qəmginləşir\” (islamazeri)

İnterpress.az