31 mart 1918-ci ildə Bakı və ətrafında minlərlə Azərbaycan türkü qətlə yetirildi.
Qətlə yetirilən insanların tək günahı türk və müsəlman olmaqları idi.
31 mart Azərbaycan türklərinin soyqırım günüdür.
Bir ay boyunca bu soyqırımı ələ aldım, aşağı yuxarı hər gün bu acı olaylarla ilgili sənədlərə əsaslanan yazılar yazdım və özəlliklə can qardaşımız Türkiyədə mətbuatın marağını bu gerçək soyqırıma çəkə biləcəyimə inanmaq istəmişdim. Olmadı.
Gördüm ki, Türkiyəmizdə mətbuatda və telekanllarda erməni diasporası Ermənistanda olduğundan daha güclüdür. Əgər bunun əksini iddia edənlər varsa, Türkiyə mətbuatında bir 26 fevral Xocalı soyqrımının, bir də Qrant Dink cinayətinin anım günündə medianın bu hadisəyə münasibətinə baxsın.
Əslində Xocalı bir soyqrımdır. Ermənilər uşaq, qoca, qadın demədən sırf türk olduqları üçün bir etnik təmizlənmədir. Qrant Dink hadisəsi isə tamamilə başqadır. Türkiyədə bir erməni açlımı başlamaq üçün, erməni diasporasının da dəstəyi ilə gerçəkləşən qaranlıq bir cinayətdir.
Xocalıda 613 nəfər öldürüldü, 487 nəfər ağır yaralandı, 1275 nəfər isə əsir götürüldü,150 nəfər itkin düşdü. Xocalıda öldürülən azərbaycanlıların cəsətləri tanınmaz hala salınıb. Bu cəsətlərin bir çoxunun gözləri çıxarılıb, yandırılıb, başları kəsilib. Ermənilər hamilə qadınlara və körpə uşaqlara dəhşətli işgəncələr veriblər.
Xocalıya yaxın bölgədə erməni hərbi hissələrində komandirlik etmiş keçmiş ASALA terrorçularından Monte Melkonyan, soyqrımdan bir gün sonra Xocalı ətrafında görünmüşdü.
Monte Melkonyanın qardaşı Markar Melkonyan qardaşının ölümündən sonra onun Qarabağda yazdığı gündəliyini ( “Mənim qardaşımın yolu” (“My Brother\’s Road”) Amerikada çap etdirib. Kitabda Xocalı qətliamı belə təsvir edilir:
“Bir gecə öncə, axşam saat 11 radələrində 2000 erməni döyüşçüsü, Xocalının üç tərəfindəki yüksəklikdən irəliləyərək qəsəbə sakinlərini şərqə doğru sıxışdırımışdılar. 26 fevral sabahına qədər qaçqınlar Dağlıq Qarabağın şərqi yüksəkliklərinə çatmış və aşağıdakı Azərbaycan şəhəri olan Ağdama doğru enməyə başlamışlar.
Burdakı təpələrdə yerləşən əliyalın insanları təqib edən erməni əsgərləri onları yaxalaya bilib.
Qaçqın qadın Rəisə Aslanova İnsan Haqları Təşkilatına verdiyi açıqlamada deyir: “Onlar aramsız atəş açırdılar”.
Erməni döyüşçüləri daha sonra uzun zaman yanlarında gəzdirdikləri bıçaqları qınından çıxararaq qaçıb canını qurtarmaq istəyənləri bıçaqla doğramağa başlayıblar.
Bu zaman yalnız quru çəməndə əsən rüzgar səsi fit çalırdı. Əslində cəsəd qoxusunu ətrafa yayamaq üçün bu rüzgar çox tələsmişdi”.
Bugünkü Ermənistan prezidenti və müharibə zamanı Qarabağda erməni hərbiçilərinə komandanlıq etmiş Serj Sərksiyan ingilis araşdırmaçısı və yazarı Tomas de Vala dediklərinə baxaq: “Xocalıdan öncə azərbaycanlılar elə bilirdilər ki, biz zarafat edirik və ermənilər mülki əhaliyə əl qaldırmayacaqlar. Biz azərbaycanlıların bu fikirini Xocalıda qırmağı başardıq və bu da nəticəsi”.
Bu yazdıqlarım, yaxın tariximizdə yaşadığımız və ermənilərin özlərinin də etiraf etdikləri erməni zalımlıqlarıdır.
Nədənsə “Radikal” qəzetində Xocalı soqyrımı haqqında yazan Ayşə Hür xanım bütün bunları görmədi. O, ermənilərin Xocalıda etdiklərinə haqq qazandıran bir yazı yayınladı və kimsə buna etiraz etmədi.
Mətbuat susdu. Susmayanların də səsini eşitdirəcək mətbuat tapılmadı. Kimsə soruşmadı ki, bu necə mətbuatdır ki, belə bir zalımlığa haqq qazandırmağa çalışır?
Bura Türkiyədir və “erməni soyqrımı” iddiası ilə suçlanan türklərdir.
Soyqrıma məruz qalan Azərbaycan türkləri və etdikləri soyqrımı ört-basdır etmək istəyən ermənilər və “erməni soyqrımı” yalanları.
Türkiyə mətbuatı bu yalanlara təslim olub. Əlbəttə, qələmini erməni diasporasına satmayan namuslu mətbuat hələ də var və onlar haqqın yanındadır.
24 aprel gəlir. Türkiyəmizdə nə qədər türk düşməni varsa bir araya gələrək erməni yalanlarına dəstək verəcək. Onlar Türkiyə əleyhinə yürüşlər düzənləyəcək ki, öndə də ruhunu ermənilərə satmış qələmlər və PKK tərəfdaşları olacaq. Bu gün 31 mart Azərbaycan türklərinin soyqrım günüdür. 1918-ci ilin bu günündə ermənilər Bakıda on minlərlə türkü qətlə yetirdi.
31 mart Azərbaycan türklərinin SOYQIRIM GÜNÜDÜR. UNUTMAYIN, UNUTDURMAYIN!
Soyqırım kimin etməsindən aslı olmayaraq bir insanlıq suçudur.