Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası aprel 6-na təyin edilib.
Qeyd edək ki, 2015-ci ildə Abşeronun Mehdiabad qəsəbəsində baş verib. 1958-ci il təvəllüdlü Təhməz İsmayılov aldığı bıçaq zərbəsi nəticəsində xəstəxanaya çatdırılan zaman yolda ölüb. Mehdiabad polis əməkdaşlarının araşdırması nəticəsində qətli 1991-ci il təvəllüdlü Əsgər Sultanovun törətdiyi məlum olub. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 24 yaşlı gənc saxlanılıb. Əsgər Sultanov törətdiyi cinayəti etiraf edib. İlkin ifadələrə görə, Təhməz İsmayılov Ə.Sultanovun anasının telefonuna zəng edərək onu narahat edibmiş. Əsgər Sultanov bundan xəbər tutduqdan sonra T.İsmayılovu qəsəbədə olan təkər təmiri servisində tapıb. O, T.İsmayılovun idarə etdiyi avtomobilə minib. Bir qədər yol gedəndən sonra Ə.Sultanov \”Digah işıqforu\” deyilən yerdə ( 28 may küçəsində) bıçaqla T. İsmayılova zərbə endirib və hadisə yerini tərk edib.(report)
İnterpress.az