İnterpress.az xəbər verir ki, axşam saatlarından erməni silahlı birləşmələri Azərbaycan ərazisini, xüsusilə dinc sakinləri ağır silahlardan atəşə tutub. Tərtər rayon sakinlərinin saytımıza verdiyi məlumata görə, gecə saatlarından güclü atışma başlayıb. Ermənilər dinc əhalinin evlərini atəşə tutublar. Buna görə də sakinlər gecəni küçələrdə keçirməli olub. Ağdamda da vəziyyət olduqca gərgindir. Erməni təxribatına baxmayaraq ordumuz hazırda vəziyyətə nəzarət edir.
Tərtərin Qarağacı kəndində məckunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. Nəticədə C. Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.
İki hərbçimiz yüngül yaralanıb.
Erməni təxribatına baxmayaraq kənd sakinlərində və ordumuzda ruh yüksəkliyi müşahidə olunur.
Müdafiə Nazirliyinin rəsmi şəxsləri hazırda cəbhə bölgəsindədir.
Tərtərdə gecə saatlarında çəkilmiş videonu təqdim edirik.
İnterpress.azhttps://youtube.com/watch?v=HyvBXnV_250