Bunu Fransa senatındakı Fransa-Qafqaz dostluq qrupunun prezidenti, senator Andre Reixardt Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması ilə bağlı bəyanatda bildirib.
Andre Reixardt vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri icra edilməlidir: “Biz heç nə baş verməmiş kimi davranmağa davam edə bilmərik. Bu qətnamələr Ermənistana görə icra edilmir və azərbaycanlıların narazılığı bizi təəccübləndirməməlidir. Düzdür, Suriya və ya İraqda baş verənlərlə müqaisədə bu münaqişə başqalarından daha az əhəmiyyətli görünə bilər. Lakin bu münaqişə nəzarətdən çıxmaq üzrədir və insan itkiləri həddindən artıq çoxdur. Biz həll yolu tapmalıyıq.\” ( modern.az )
İnterpress.az