Güclü külək Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində (\”Səma\” şadlıq sarayının yaxınlığı) yerləşən və təmir edilən 5 mərtəbəli yaşayış binasında ustalar üçün quraşdırılmış metal konstruksiyalı ayaqaltıları uçurub.
Nəticədə binanın qarşısında saxlanılmış 10-a yaxın avtomobilə ciddi ziyan dəyib.
Hazırda ərazidə vətəndaşlara dəymiş ziyanın həcmi dəqiqləşdirilir. (virtual)
İnterpress.az