FHN-i xəbər verir ki, “BE-200ÇS” amfibiya tipli təyyarənin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılan meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
İnterpress.az