2 aprel şəhidlərinin siyahısıbackend

2 aprel şəhidlərinin siyahısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra mətbu orqanlar sosial şəbəkə və özəl araşdırmalar vasitəsilə şəhid olan əsgərlərimizin bir hissəsinin adlarını açıqlayıblar.

Rəsmi qurumlar şəhid olanların tam siyahısını dərc etmədikləri üçün, “Basta” əməkdaşları sosial şəbəkədə sorğu və mətbuatın monitorinqi vasitəsi ilə şəhid olduğu bildirilənlərin tam siyahısını tərtib etməyə çalışıblar.

Məlum olub ki, aprelin 2-də şəhid olanların sayı 12-dən çoxdur.

Siyahını təqdim edirik:

İsmayılov Bəkir, (Mi-24 vertolyotunun ekipajı). Baş leytenant, Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb.
Vəlizadə Urfan Uzeyir oğlu (Mi-24 vertolyotunun ekipajı). Mayor, 1978-ci il təvəllüdlü.
Musazadə Təbriz Tariyel oğlu (Mi-24 vertolyotunun ekipajı). Mayor, 1981-ci il təvəllüdlü.
Nurayev Rəvan İsmayıl oğlu. Əsgər, 1997-ci il təvəllüdlü. Rəvan Nurayev ailənin tək oğlu idi. 2015-ci ilin aprel ayında Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Qəhrəmanov Ruhin. Əsgər, Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb, Biləsuvarda dəfn edilib.
Qaçayev Samir Zirəddin oğlu. Əsgər, Şamaxı rayonundan hərbi xidmətə çağırılıb.
Mehralıyev Sarvan. Xocalı köçkünü, Ağdamda dəfn olunub
Əliyev Orxan Məhəmməd oğlu. Əsgər, 1996-cı il təvəllüdlü. Qazax rayonundan (Astanbəyli kəndi) hərbi xidmətə çağırılıb.
Əliyev Elnur Adil oğlu. Mayor.
İsgəndərov Nicat Bəhruz oğlu, Tərtər rayonundan hərbi xidmətə çağırılıb. Evin tək oğlu olub.
Səlimov Elimdar Səlimxan oğlu. Gizir, O, 1992-cu ildə Neftçala rayonu Aşağı Qaramanlı kəndində anadan olub. Tərtər istiqamətində şəhid olub.
Namazov Elvin Məmməd oğlu. Baş leytenant, Qazax rayonu Yuxarı Salahlı kəndində doğulub.
Novruzov Ravil Elman oğlu (Xızı rayonu, Giləzi qəsəbəsi).
Qeyd edək ki, bu siyahıda adı yer alanlardan başqa, mətuatda İlkin Məmmədov adlı əsgərin də şəhid olduğu haqqında məlumat yayılıb. Onun 2014-cü ildə hərbi xidmətə çağırıldığı və təxris edilməli olduğu gün şəhid olduğu bildirilirdi. İlkin Məmmədovun foto şəkli də dərc edilmişdi. Amma sonradan bəzi saytlarda İlkin Məmmədovun şəhid olması haqqında məlumat adı çəkilməyən mənbəyə istinadən təkzib edilib.

İstənilən halda, bu siyahıda adı çəkilən şəhidlərin sayı 12-dən çoxdur. İstisna deyil ki, yaralılardan kiminsə həyatını xilas etmək mümkün olmadığı üçün şəhidlərin sayı artıb.

Lakin bu da son deyil: aprelin 2-də həm Müdafiə Nazirliyinin, həm də Xarici İşlər Nazirliyinin baş verən hadisələrlə bağlı bəyanatlarında həlak olan mülki vətəndaşlardan bəhs edilirdi: “Erməni Silahlı Qüvvələrinin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxs həlak olub”.

Hələlik şəhid olan mülki vətəndaşların nə dəqiq sayı, nə də adları açıqlanıb.

Oxuculardan xahiş edirik ki, bu siyahıda adı olmayan hansısa digər şəhid haqqında məlumata malikdirlərsə, onu “Basta”ya təqdim etsinlər. Rəsmi qurumların da mövqeyini dərc etməyə hazırıq. (Bastainfo.com)

Allah bütün şəhidlərə rəhmət eləsin.

İnterpress.az