Erməni hakerlərdən Azərbaycan saytlarına hücumbackend

Erməni hakerlərdən Azərbaycan saytlarına hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni kibercinayətkarlar dünəndən başlayaraq Azərbaycanın tirajlı xəbər saytlarına hücum edib. Hücumlar nəticəsində saytlar bir müddətlik fəaliyyətlərini dayandırmalı olublar.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən İT mütəxəssisi Seymur İsmayılov bildirib ki, hücumlar günorta saatlarından başlayıb: “Saat 15:00-dan dan 22:00-a kimi davam edən hücumlar zamanı saytlarda problemlər yarandı. 2 dəfə sözügedən hücumlar şiddətləndi. Müəyyən etdik ki, keberhücum Ermənistan tərəfdən olur. Onlar saytların fəaliyyətinə mane olmaqla, Qarabağdakı döyüşlər haqda həqiqətlərin dünyaya çatdırılmasına mane olmaq istəyirdilər. Lakin qarşısını almaq mümkün oldu”.

İnterpress.az