YAP-dan Sarkisyanın “güzəşt” bəyanatına reaksiyabackend

YAP-dan Sarkisyanın “güzəşt” bəyanatına reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partiyanın İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırama şobəsinin müdiri Aydın Mirzəzadə bunu Sarkisyanın növbəti hiyləsi adlandırıb: “Elə indicə mətbuatda Ermənistan Prezidenti Serj Sarkisyanın hərbi əməliyyatların dayandırılmasını istədiy və kompromislərə hazır olması haqda xəbər yayılıb. Bu, Sarkiyanın növbəti hiyləsidir. Çünki, o bunun üçün bütün hərbi birləşmələrin 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtması şərtini qoyub. Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir”.

A.Mirzəzədə vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini yerinə yetirmək əvəzinə Ermənistan prezidenti Azərbaycan əsgərinin töküdyü qanın üstündən keçib, yenidən riyakarlıq etmək istəyir: “Sülh istəyən işğal etdiyi ərazilərdən öz qoşunlarını çəkməlidir, daha Azərbaycan Ordusunun geri çəkilməsini tələb etməməlidir”. ( aznews.az )

İnterpress.az