Dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırılıb.
F. Novruzovun tabutuna çəkilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına təqdim olunub. ( apa )
İnterpress.az