Təklifində Azərbaycanın ərazi bütövlüyü, işğal edilən torpaqların azad edilməsi uğrunda yeni bir dönəmin başlandığına diqqət çəkən jurnalist, ölkəmizin suverenliyi uğrunda mübarizədə şəhid olan bütün hərbçilərin ailələrinin kommunal xərclərdən azad edilməsinin vacibliyini vurğulayıb. S.Əliyevin fikrincə, şəhid ailələrinin hətta bir neçə il müddətində belə kommunalı xərclərdən azad edilməsi onların sosial yaşamını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər:
“Bu gün şəhid ailələrinin əsas qayğılarından biri kommunal xərclərlə bağlıdır.
Hansı ki, şəhid ailələrinin kommunal xərclərdən hətta bir neçə il müddətinə belə azad edilməsi onların sosial yaşamını əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər. Odur ki, Milli Məclisin bu məsələyə həssaslıqla yanaşacağını güman edirəm. Ümid edirəm ki, ölkə parlamenti cəmiyyət tərəfindən də rəğbətlə qarşılanacaq bu məsələnin hüquqi müstəvidə həllini təmin edəcək və şəhid ailələlərini kommunal ödəniş yükündən azad edəcəkdir”.
İnterpress.az