“Vətənin müdafiəsinə hazırıq” – Tələbələrbackend

“Vətənin müdafiəsinə hazırıq” – Tələbələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirlər bu gün Azərbaycan Dövlət Pedeqoji universitetinin Quba fililanın tələbələri tərəfindən səsləndiriblər. Gənclər əllərində Azərbaycan bayrağı və müxtəlif şüarlarla \”Bizim olan torpaqlar bizə qaytarılmalıdır\” deyiblər.

Çıxış edənlər hazırda cəbhə bölgəsində baş verən hadisələrdən danışıblar. Həmçinin universitet müəllimləri qeyd etdilər ki, erməni işğalçılarının böyük Ermənistan yaratmaq xülyaları güclü Azərbaycan ordusu tərəfindən məhv edildi. Hər zaman düşmənə layiqli cavab verən Ordumuz artıq cəbhədəki ən hündür yüksəkliklərdə nəzarəti ələ alıb.

Tələbələr hər an Azərbaycan əsgərinin yanında olduqlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı əmr verərsə, ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmağa hazır olduqlarını bildiriblər.(Milli)

İnterpress.az