Nazirlikdən açıqlama: Turistlər üçün təhlükə yoxdurbackend

Nazirlikdən açıqlama: Turistlər üçün təhlükə yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirkdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, xarici turistlər ölkəmizdə tam təhlükəsiz şəraitdə istirahət edə bilərlər.

“Xarici turistlərin daha rahat şəkildə səfər etmələri üçün elektron turist vizalarının verilməsi sahəsində də tədbirlər görülür. Dünyanın istənilən ölkəsindən turist vizalarını ən geci 5 gün ərzində elektron qaydada əldə edə bilərlər. Turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş qaydada viza verilir və ölkələrin coğrafiyasının genişləndirilməsi prosesinin davam etdirilməsi nəzərdə tutulur”, – deyə açıqlamada qeyd edilir.

Nazirlikdən onu da deyiblər ki, Novruz bayramı ərəfəsində ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunub. Yayda Azərbaycana minlərlə turistin gələcəyi proqnozlaşdırılır.

İnterpress.az