Bakıda tanınmış şirkətin işçisi qəza törətdi: özü, arvadı və oğlu yaralandıbackend

Bakıda tanınmış şirkətin işçisi qəza törətdi: özü, arvadı və oğlu yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

H.Əliyev prospekti 109-un qarşısında Bakı şəhər sakini, 52 yaşlı İbrahim Qədimov sürdüyü \”Chevrolet\” markalı avtomobilin idarəetməsini itirərək maşını işıq dirəyinə vurub.

Hadisə nəticəsində İ.Qədimov özü, arvadı – 47 yaşlı Aidə Zeynalova və oğlu – 12 yaşlı İsmayıl müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, qəzaya uğrayan \”Chevrolet\” markalı avtomobil \”Performance Center\” şirkətinə məxsusdur.

Xatırladaq ki, \”Performance Center\” şirkəti 1997-ci ildə ABŞ istehsalı olan Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi dileri kimi fəaliyyətə başlayıb. 2004-cü ilin sentyabr ayından etibarən “GM AVTOVAZ” şirkəti ilə bağlanmış diler müqaviləsinə əsasən Rusiya istehsalı olan Chevrolet Niva avtomobillərini təqdim edir.

2006-ci ilin fevral ayından etibarən isə “Performance Center” Şirkəti Koreya istehsalı olan Chevrolet avtomobillərin sifarişinə və satışına başlayıb.(Report.az)

İnterpress.az