Mərkəzi Qan Bankının direktoru: “Cəbhə bölgəsində qan tələb olunmur”backend

Mərkəzi Qan Bankının direktoru: “Cəbhə bölgəsində qan tələb olunmur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva bildirib ki, təkcə qurumun özündə deyil, regional bölmələrində də insanlar könüllü şəkildə qan veriblər.

“Mərkəzi Qan Bankı və reügional regional bölmələri ilə birlikdə 2007 nəfər qan verib. Həmin qanlar bu gecə yoxlanılıb və bu gün cavab olacaq. Biz cəbhə bölgəsinə Mərkəzi qan Bankında olan yoxlanılmış ehtiyat qanlardan göndəririk. Könüllülərin verdikləri qanların nəticələri isə bu gün məlum olacaq”.

P.Hacıyeva bildirib ki, dünəndən cəbhə bölgəsindən qan da tələb olunmur.

“Yaralı olmadığı üçün bizdən qan tələb olunmur. Amma iki gün öncə olan yaralılara qan verilib”.

Qeyd edək ki, Aprelin 1-dən 2-ə gecən gecədən başlayaraq dünənə cəbhəyanı ərazilərdə gedən döyüşlərdə 31 hərbiçi şəhid olub.(Musavat)

İnterpress.az