Şöbə müdirləri: “Cəbhə kəndlərində tədris tam bərpa olunmayıb”backend

Şöbə müdirləri: “Cəbhə kəndlərində tədris tam bərpa olunmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Ağdam rayon təhsil şöbəsinin müdiri Mətanət Misirxanova deyib. O qeyd edib ki, cəbhə xəttinə yaxın kəndlərə – Əhmədağa, Həsənqaya, Əfətli, Bənövşələr, Çəmənli, Baharlı, Təzəkənd, Qaradağlı kəndlərinə mərmi düşdüyü üçün oradan qadın və uşaqlar çıxarılmışdı.

“Onlar Quzanlı kəndinə yığılmışdılar. Amma kişilər kəndlərdə idi. Dünəndən atəşkəs elan olunduqdan sonra onlar kəndə qayıdıb və bu gündən dərslər bərpa olunub”.
M.Misirxanova vurğulayıb ki, yalnız Sarıcalı və Ayaq Qərvənd kəndlərində şagirdlər dərsə gəlmir.

“Buna səbəb isə Sarıcalı kəndinə mərmi düşdüyü üçün yararsız olmasıdır. Ayaq Qərvənd kəndi isə təmas xəttinə çox yaxındır. Orada məktəb direktoru və müəllimlər işdədir. Lakin şagirdlər yaxınlıqdakı Orta qışlaq kənd məktəbinə gedirlər. Sarıcalı məktəbinin şagirdləri isə Çəmənli və Baharlı kənd məktəblərinə gedirlər”.

Şöbə müdiri Ağdamda şagirdlərin bu günə olan davamiyyətinin 50-75 fazi olduğunu deyib. “100 faizlik davamiyyət yoxdur. Lakin bəzi yerlərdə, təmas xəttinə yaxın olmasına görə şagirdlər tam olaraq dərslərə gəlmirlər”.

Tərtər rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev bildirib ki, rayonda tədris bərpa olunub və şagirdlərin dərsə davamiyyəti normaldır.

“Dünəndən atəşkəs elan olunandan sonra uşaqlar və qadınlar qayıdıb. Bu gündən onlar dərsə gedirlər. Sadəcə 5 məktəbimizdə hərbi hissələr olduğu üçün orada tədris yoxdur. Bunlar Qarağacı, Qapanlı, Əskipara, Şıxlar 1 və 2 saylı məktəbləridir. Həmin məktəblərin şagirdləri isə qonşuluqda olan kənd məktəblərinə yönəldiliblər. Bütün müəllimlərimiz yerindədir və tədris davam edir”.

Goranboy rayon təhsil şöbəsinin müdiri Səxavət Məmmədov bildirib ki, hazırda rayonun iki məktəbində tədris ümumiyyətlə yoxdur.

“Bunlar Tap və Tapqaraqoyunlu kəndləridir. Həmin kəndlərdə əhali çıxdığı üçün məktəblərdə tədris yoxdur. Şagirdlər Naftalanda tədrislərini davam etdirirlər.

Dünənə qədər təhlükəsizlik məqsədilə rayonun Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Yenikənd, Şəfəq, Qaraçinar, Zeyvə, Qaraqucaq kənd məktəblərində tədris dayanadırılsa da, bu gündən bərpa olunub. Sadəcə şagirdlərinb dərsə davamiyyəti zəifdir. Hazırda rayonda nisbi sakitçilikdir.

Yəqin ki yaxın günlərdə tədris tam bərpa olunar”. (modern.az)

İnterpress.az