Avtomobillərin cərimə meydançasında saxlanma qiyməti dəyişdibackend

Avtomobillərin cərimə meydançasında saxlanma qiyməti dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanması qiymətləri dəyişib.

ANS PRESS-in məlumatına görə, Tarif (qiymət) Şurasının qərarına əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan artıq olduqda isə 3 manat müəyyən edilib.

Avtomobillərin cərimə meydançasında saxlanma qiyməti dəyişdi

Cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanması qiyməti
Tarif (qiymət) Şurasının iclasında həmçinin hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilib. Yeni tariflər bu gündən qüvvəyə minir.(anspress.com)

İnterpress.az