Erməni jurnalist: “Ağdərədə taleyimiz həll olunur”backend

Erməni jurnalist: “Ağdərədə taleyimiz həll olunur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri hazırda Ağdərədə olan erməni jurnalist Slavik Qabrelyan deyib.

Erməni jurnalist Ağdərə rayonunda vəziyyətin olduqca ağır olduğunu bildirib: \”Burada bizim taleyimiz həll olunur. İnsanlar arasında təlaş və qorxu var. Cəbhə xəttinə 2 km qalmış heç kimi irəli buraxmırlar. Həmsöhbət olduğum yerli sakinlərin sözlərinə görə, ailələrini Xankəndiyə, İrəvana, hətta bəziləri Rusiyaya aparıblar.

Jurnalist qeyd edib ki, cəbhədə güclü partlayış səsləri gəlir: \”Nə qədər çalışsaq da Azərbaycan tərəfinin partlatdığı komanda qərargah məntəqəsi haqqında heç bir məlumat ala bilmədik\”.(Milli)

Inetrpress.az