Ermənilər Goranboyu atəşə tutur – SON DƏQİQƏbackend

Ermənilər Goranboyu atəşə tutur – SON DƏQİQƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düşmən tərəfi atəşkəs razılaşmasını pozaraq dünən axşam saatlarından başlayaraq Goranboy rayonunun Tapqaraqoyunlu kəndini intensiv atəşə tutur.

Kəndin icra nümayəndəsi Abbas Allahverdiyev bildirib ki, ermənilərin açdığı atəş nəticəsində yaşayış evlərinə ziyan dəyib.

“Tapqaraqoyunlu dünən axşam saatlarından başlayaraq erməni silahlıları tərəfindən atəşə məruz qalıb. Evlərə ziyan dəyib, sakinlər arasında xəsarət alan yoxdur. Hazırda ərazidə Fövqəladə Hallar Komissiyası araşdırma aparır, kəndə dəyən ziyan hesablanır.

Düşmən bu dəqiqələrdə də minomyotlarla atəş açır. Sakinlər arasında panika, təşviş yaşanmır”.(azvision.az)

İnterpress.az