Deputat hökuməti cəbhə bölgəsində yaşayanlara güzəştlər verməyə ÇAĞIRDIbackend

Deputat hökuməti cəbhə bölgəsində yaşayanlara güzəştlər verməyə ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Çox sayda yaşayış evinə, təhsil müəssisinə, xəstəxanaya ziyan dəyib. Belə bir məqamda həmin vətəndaşlara dəstək olmaq məqsədilə Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya komitəsinin üzvü Elman Məmmədov cəbhəyanı bölgədə yaşayan insanlara dövlət və hökumət tərəfindən müəyyən güzəştlərin verilməsinin vacibliyini vurğulayıb:

“Onlara həvəsləndirici, stimulverici, köməkverici güzəştlər tətbiq olunmalıdır. Yerlərdəki vəziyyəti nəzərə alaraq, əhalinin, xüsusilə gənclərimizin orda məskunlaşmasını təmin etmək məqsədilə ilk növbədə çoxsaylı iş yerləri yaratmalıyıq. Əhalinin məşğulluğunu təmin etməliyik.

Sahibkarlar, dövlətə məxsus idarə və təşkilatlar, büdcə strukturları cəbhə bölgələrində də var. Amma həm dövlət, həm özəl iş yerlərinin cəbhə bölgələrində, ucqar kəndlərimizdə açılmasına şərait yaratmaq, sahibkarları ora istiqamətləndirmək lazımdır”.

Deputat cəbhəyanı bölgədə məskunlaşan əhalinin kommunal xərclərdən azad edilməsi məsələsinə baxılması gərəkdiyini deyib:

“Cəbhəyanı bölgədə, müharibə vəziyyətində, çətin, gərgin şəraitdə yaşayan vətəndaşlarımızın kommunal xərclərinin ödənilib-ödənilməməsi, vergilər məsələsinə baxmaq lazımdır. Gənc mütəxəssislərin, həkimlərin, müəllimlərin, mühəndislərin və digər ixtisas sahiblərinin maaşlarının indeksləşdirilməsi, müəyyən əlavələr edilməsi çox yaxşı olardı. Bunların hamısı əhalinin cəbhəyanı bölgədə, ucqar kəndlərdə məskunlaşmasına maraq yaratmaq üçündür. Bütün bunlar reallaşadırıldığı təqdirdə o kəndlərdə böyüyən və şəhərdə təhsil alan gəncimiz hər hansı problemdən dolayı burda qalmaz, doğma yurd-yuvasına geri qayıdar. Mən çalışıram ki, hər zaman bu məsələ gündəmdə qalsın”.(modern.az)

İnterpress.az