Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun unikal kadr siyasəti diqqəti çəkməyə başlayıb. Politika.Az xəbər verir ki, icra başçısı bütün vəzifələri hərraca çıxararaq, bu yolla satmaqdadır.
Məlumatlarda vurğulanır ki, Məmmədov rayondakı «Şəmkir Səbəti» adlı bazarda piştaxta alanlara belə vəzifə verməyə başlayıb. Belə ki, icra başçısı vəzifə sahibi olmaq istəyənlərə tövsiyyə edir ki, həmin bazarda ən azı 4-5 dükanı olmalıdır. Əks təqdirdə, həmin şəxs vəzifə görməyəcək.
Politika.Az xəbər verir ki, işin ən gülməli tərəfi Alimpaşa Məmmədovun bəzi adamlara vəzifə verməsidir. Məsələn, Şəmkirdə hazırda mühüm postlarda təmsil olunan məmurlar arasında bir zamanlar dondurma satmış şəxslər də var. Belə adamları niyə və nə üçün vəzifəyə gətirdiyini isə Şəmkirin icra başçısından başqa kimsə bilmir.
Xatırladaq ki, saytımızın əməkdaşları yaxın günlərdə Şəmkirdə səfərdə olacaq. Oradakı vəziyyətlə bağlı geniş reportaj hazırlamağı düşünürük. (politika.Az)
İnterpress.az