Böyük izdihamla müşahidə olunan dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, millət vəkilləri, ictimaiyyətinin nümayəndələri, rayon sakinləri , Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, şəhidin hərbçi yoldaşları iştirak edirlər. Çıxış edənlər Ülvünin döyüş yoluna nəzər salaraq onun qorxmaz hərbçi olduğunu, düşmənə layiqli cavab verdiyini bildiriblər.
Mərasimdə, həmçinin Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşindən sonra şəhid dəfn edilib.
İnterpress.az