Azərbaycan Dövlət Neft Şirkətinin saytı xəbər verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur.
\”O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir. Mərhuma Allahdan rəhmət, doğmalarına və əzizlərinə səbr diləyirik\”, – SOCAR-dan qeyd olunub.
Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və \’\’Günəşli\’\’ yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
İnterpress.az