Sankt-Peterburqda keçirilən media forumunda iştirak edən Rusiya prezidenti Vladimir Putin Suriya məsələsinə də toxunub.
O, Suriyada hələki köklü dəyişikliyin olmadığını bildirib:
“Orada hər hansı köklü dəyişiklikdən danışmaq hələ tezdir. O ki, qaldı bizə, biz öz üzərimizə düşən tapşırığı yerinə yetirmişik. Bizim vəzifəmiz Suriyanın dövlətçiliyinin və hakimiyyətinin legitimliyini möhkəmləndirməkdən ibarətdir”.
İnterpress.az