\”Bakının Nizami rayonu ərazisində 103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının və minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.Yaralılardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb\”.
Bunu \”Report\”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.
Onun sözlərinə görə, iki yaralı isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb: \”Hadisə zamanı 60 yaşlı qadın dünyasını dəyişib. Ölənin kimliyi dəqiqləşdirilir\”.
İnterpress.az