“Zəng etdiyiniz abonent vətən uğrunda şəhid olub!”backend

“Zəng etdiyiniz abonent vətən uğrunda şəhid olub!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə o, öz facebook səhifəsində status yazıb:

“Səhərin bu alatoranında telefonda Raqub rəhmətliyin telefon nömrəsinə baxıram. Deyirəm, kaş bu nömrədən heç zaman “ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir” sözləri eşidilməyəydi. Görəsən, mobil operatorlarda elə bir texniki dəstək varmı, şəhidlərin telefon nömrələrinə zəng eləyəndə, “Siz şəhid Orucov Raqub Cahangir oğluna məxsus nömrəyə zəng etmisiniz! Vətən sağ olsun!”… Bunun ardından da ya hansısa şeir, ya da gözəl bir vətənpərvərlik şərqisi eşidiləydi… Bu da olaydı onların bizə öyüdləri…”

Araşdırma zamanı məlum olur ki, qonşu Rusiyada belə bir xidmət var. Bunu Əfqanıstan müharibəsi iştirakçısı, Qarabağ əlili polkovnik Soltan Bəndəliyev dedi: “Rusiyada belə nümunə var. Mənimlə birlikdə Əfqanıstanda döyüşən, dostum Mark Vladirmiroviçlə hər bayramda zəngləşirdik. Bir dəfə ona zəng edəndə heyrətə gəldim. “Zəng etdiyiniz abonent Çeçenstanda həlak olub!”, deyə telefonundan mobil operatorun səsi gəldi”.

Görəsən bizim mobil operatorlarımız da belə bir xidmət yarada bilərmi?

İnterpress.az